Birləşmiş Ştatlar müttəfiq ölkələrə öz ideologiyasını tətbiq etməyə çalışır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş nazirinin müşaviri Balazs Orban deyib. O bildirib ki, Vaşinqton müttəfiqlərindən Amerika ideologiyasına əməl etməyi tələb edir:
"Birləşmiş Ştatların xarici siyasəti belə işləyir. Əgər ABŞ-ın dostu olmaq istəyirsinizsə, ideologiyaya əməl etməlisiniz. Yalnız ABŞ-ın maraqlarına əməl etməyiniz vacibdir",-deyə Orban vurğulayıb.
Orbanın fikrincə, bu yanaşma problem yaradır:
"Məsələn, Macarıstanla ABŞ arasında vergi sazişinə xitam verilib. Bu arada Rusiya ilə Macarıstan arasında belə bir razılaşma hələ də mövcuddur. Viza tələblərinə gəlincə, onlar Macarıstan sakinlərinin ABŞ-a qanuni şəkildə daxil olmasını çətinləşdirib".
Mehman Mehdiyev