Bundan sonra cümə günləri Almaniyada məscid minarələrindən azan oxunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilkin olaraq Almaniyanın Krefeld şəhərində bu baş verib.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki başqa bir məsciddə isə azanın kənardan səslənməsinə icazə verilib.
Eyni zamanda Almaniyanın Köln şəhərindəki DİTİB Mərkəzi Məscidindən sonra Diyanət İşləri Türk-İslam Birliyinə bağlı Krefeld Yunus Əmrə məscidində ilk dəfə minarədən azan səslənib.
Krefeld Bələdiyyəsinin qəbul etdiyi bu qərarın digər şəhərlərə də nümunə olacağı gözlənilir.
Mehman Mehdiyev