Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika inqilabları Qafqaza daşıyır

Amerika inqilabları Qafqaza daşıyır


Qərb, Birləşmiş Ştatlar indi də rəngli inqilabları Cənubi Qafqazda təkrarlamaq istəyir. Gürcüstan və Ermənistanda baş verənlər məhz bunun əyani sübutudur.

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, hansısa regionda sabitlik və təhlükəsizliyin olması Qərb, Birləşmiş Ştatlar üçün arzuedilən deyil:

"Ona görə də hələlik regionun iki dövlətində sınaq keçirməyə başlayıblar. Gürcüstan hakimiyyətinin Birləşmiş Ştatlarla bağlı verdiyi qərar da məhz onu deməyə əsas verir ki, Tbilisin özündə bu plandan xəbərdardırlar".

Ermənistana gəlincə, Analitik Qrup hesab edir ki, Paşinyan hakimiyyəti Qərbin, ABŞ-ın maraqlarından kənar addım atmağa cəhd göstərsə, onu da sələflərinin taleyi gözləyəcək.

Anar Əliyev
Xəbəri paylaş