Bir müddət əvvəl Türkiyənin paytaxtı Ankara şəhərində qəza keçirən Sudan Suverenlik Şurası sədrinin oğlu dünyasını dəyişib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təxminən 2 ay əvvəl Ankarada motosikletlə keçirdiyi yol qəzasında ağır yaralanan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A.Fettah el-Burhan Rahmanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, martın 6-da Çankayada İncək Şəhid Prokuroru Mehmet Səlim Kiraz bulvarında motosikleti ilə avtomobilə çırpılan Mohamed Fatah el-Burhan Rahman ağır yaralanıb və Bilkent Şəhər Xəstəxanasında müalicə olunub.
Anar Əliyev