Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin 98 faizi DOST Mərkəzlərinin fəaliyyətindən razıdır

Əhalinin 98 faizi DOST Mərkəzlərinin fəaliyyətindən razıdır


DOST Mərkəzlərindən istifadə edən vətəndaşlarımızın 98 faizindən çoxu bu mərkəzlərin fəaliyyətindən razıdır.

Newscenter.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirib. Nazir qeyd edib ki, 2 milyondan artıq şəxs DOST Mərkəzlərinin fəaliyyətindən istifadə edib:

"Həmin mərkəzlərin fəaliyyətindən istifadə edən vətəndaşlarımızın qiymətləndirməsinə əsasən vətəndaşların 98 faizindən həmin mərkəzlərin fəaliyyətindən razıdır".

Sahil Babayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə də DOST Mərkəzlərinin yaradılması istiqamətində müvafiq işlər görülür.

Qeyd edək ki, artıq keçən ildən Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb.

Süleyman
Xəbəri paylaş