NATO Rusiya ilə müharibə etmək istəyir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu siyasi təhlilçi Taker Karlson deyib. Karlson hesab edir ki, Rusiyanın Avropa ölkələrindən birinə hücum etməsi barədə irəli sürülən iddialar da məhz NATO-nun Moskvaya qarşı müharibəyə başlamaq ssenarisinə xidmət edir.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri Rusiyanı ən ciddi və təcili təhlükəsizlik təhdidi adlandırdılar.
Karlson onu da deyib ki, NATO-ya üzv ölkələrin Ukraynaya canlı qüvvə göndərməsi məhz NATO-nun Rusiyaya qarşı müharibəyə start verməsinin bariz nümunəsidir.
Mehman Mehdiyev