Qazaxıstan müasir qaz emalı sənayesi yaradır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ Energetika Şurasının iclasında müzakirə edilib.
Qazaxıstanın Baş naziri Oljas Bektenovun sədrliyi ilə Energetika Nazirliyi və “KazMunayQaz”, “QazaqGaz”, “Samruk-Energo”, KEGOC, “Samruk” şirkətlərinin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim Ben Həməd Al Tani arasında bu ilin fevralında əldə edilmiş razılaşmaların icrasına nəzarət məsələsi müzakirə olunub.
Bildirilib ki, bu məqsədlə QazaqGaz və UCC Holding dörd ümumi əhəmiyyətli layihə üzrə birgə razılıq əldə edib. Yaxın gələcəkdə onlar birgə həyata keçiriləcək. Beləliklə, Qazaxıstanda qaz hasilatının artırılması planlaşdırılır
Anar Əliyev