Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Elxan Şahinoğlu özü verib. O bildirib ki, deputatlığa namizədliyini Ağdam rayonundan irəli sürəcək:

"Bu dəfə parlament seçkilərində gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm. 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyimi qeydə almağa çalışacam. Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib".

Elxan Şahinoğlu deyib ki, ilk növbədə yerli əhalinin problemlərini dinləmək istəyir:

"Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq".

Anar Əliyev
Xəbəri paylaş