Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sabiq nazirləri axtarışa verdi

Rusiya sabiq nazirləri axtarışa verdi


Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın bir neçə sabiq məmurunu axtarışa verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunlar keçmiş maliyyə naziri və Milli Bankın keçmiş rəhbərləridir.

Ukraynanın keçmiş maliyyə naziri Aleksandr Şlapak və Ukrayna Milli Bankının keçmiş rəhbəri Stepan Kubiv Rusiyaya qarşı terror əməllərini maliyyələşdirməkdə ittiham olunur.

Qeyd edək ki, bu ilin əvvəlində İstintaq Komitəsi Şlapak və Kubivə qarşı qiyabi ittiham irəli sürüb. Bildirilib ki, digər şəxslərlə yanaşı, onlar Donbassda terror əməliyyatının başlaması barədə qərar qəbul ediblər və onun dövlət büdcəsindən maliyyələşdirilməsini təmin ediblər. İstintaq Komitəsinin məlumatına görə, bu hərəkətlər Luqansk və Donetsk Xalq Respublikasındakı yaşayış məntəqələrinin çoxsaylı atəşə tutulmasına, 900-dən çox insanın yaralanmasına və həlak olmasına səbəb olub. Hazırda İstintaq Komitəsi qeyd edib ki, təqsirləndirilən şəxslərin axtarışı və tutulması istiqamətində tədbirlər davam etdirilir.

Anar Əliyev
Xəbəri paylaş