Somalidə son günlər yağan leysan yağışların səbəb olduğu daşqınlar nətucəsində ən azı 8 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, yağışlar daha çox Hiran bölgəsində təsirli olub və Şabel çayında daşma riskini artırıb.
Rəsmi məlumatlara görə, son günlər ölkədə baş verən daşqınlar nəticəsində 7 nəfər həyatını itirib.
Somali Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları arasında ölkə daxilində 2,4 milyon insan daşqınlardan zərər çəkib, 110 nəfər həyatını itirib.
Somalidən başqa Keniya, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi ölkələr də güclü yağışların yaratdığı daşqınlardan əziyyət çəkib.
Anar Əliyev