Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh naminə tarixləşən Forum

Sülh naminə tarixləşən Forum
 

Dünyəvi proseslər dünya dövlətlərinin qarşılıqlı münasibətləri ilə tənzimlənir. Bu münasibətlər sülhlə, əmin-amanlıqla nizamlanır. Daha doğrusu, buna böyük səylər göstərilir. Bütün dövlətlərin xarici siyasəti bu ülgü ilə uzlaşırmı? Yox, uzlaşmır. Uzlaşsaydı, dünyada nə münaqişələr olardı, nə də müharibələr. Onda sülh, əmin-amanlıq dünyanın ən böyk problemlərindən biri, birincisidir. Azərbaycan tolerant, bəşəri dövlət olaraq həmişə münaqişəsiz, müharibəsiz dünyanın tərəfdarı olub, xarici siyasəti bu tezislə müəyyənləşib...


Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu niyyətin ifadəsi kimi tarixləşdi. Forumda Azərbaycan da təmsil olunurdu.

 Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110 ölkənin nümayəndəsinin iştirak etdiyi Forumun açılış mərasimində çıxış etdi. Qeyd edildi ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun dönməzliyinə xidmət edir, Azərbaycanın təşəbbüsü ilə ziyalılar, siyasətçilər, qərar qəbul edənlər, media nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri, vətəndaş cəmiyyəti eyni düşüncə ətrafında fikir mübadiləsi naminə bir araya gətirilib. Təşəbbüs nə zaman nəticə verir? – tərəflər eyni məqsədin cəfakeşi olanda, eyni niyyət hamısının ideoloji xəttini təşkil edəndə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi:  “Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var”.

Azərbaycan olduqca əlverişli coğrafi məkanda yerləşir. Bu baxımdan onun zaman-zaman miqyaslı qayğıları da olub, iri münaqişələri də, bəzən müharibəyə də cəlb olunub. Bu, müxtəlif mədəniyyətlərin hərdən qovuşmasına, hərdən qarşılaşmasına vasitə olub. Bu isə müxtəlif dövrlərdə müxtəlif münasibətlərin yaranmasına, inkişfına səbəb olub.

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu amilə əsaslanaraq dedi: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.

Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan işğalçı dövlət bilirdi ki, işğala son qoyulmasa, regionda sülh yarana bilməyəcək. Azərbaycanın ordu hissələri 2020-ci il sentyabrın 27-də işğalçı dövlətin irimiqyaslı hücumunun qarşısını aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ordumuz düşmənin müdafiə sədlərini dağıda-dağıda döyüşdü, döyüşə-döyüşə qələbələr qazandı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi, Vətən müharibəsi noyabrın 10-da başa çatdı. 2023-cü ilin 20 sentybrında Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırladaraq dedi: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.

Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq”. Bu fikir zaman anlamında dünənlərlə bağlı olsa da bu günümüzlə də səsləşir. Ermənistanı silahlandırmağa həvəsiyən dövlətlər bunu unutmamalıdır: Qətiyyət, vətənsevərlik işğalı həmişə məğlub edib. Ölkə başçımız da Forumda çıxışında məhz bu tarixi gerçəkliyə istinad edib...

Azərbaycan dünyanın  elə dövlətlərindəndir ki, bu dövlət tolerantlığı ilə, bəşəriliyi ilə, dünyəvi mədəniyyət nümunələri ilə, zəngin təbiəti ilə tanınır. Bu tanınma təkcə ehtiram yaratmır, hərdən məqsədyönlü münasibətin də başlanğıcı olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyətə malik olacaq...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
 
Xəbəri paylaş