Türkiyədə yenidən zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Elazığda qeydə alınıb. Belə ki, Elazığın Sivrice rayonunda 4 bal gücündə zəlzələ baş verib
Fövqəladə Halların İdaeəedilməsi Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ yerin 8,77 kilometr dərinliyində olub.
Elazığ valisi Ömər Toraman, sosial media hesabından verdiyi açıqlamada hər hansı dağıntı və tələfatın olmadığını deyib.
Anar Əliyev