Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib

ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib


Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ABŞ Konqresinin üzvləri ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə parlamentari jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər ikitərəfli məsələlər barədə də danışıblar: “ABŞ ilə ortaq maraqlarımızla yanaşı, fikir ayrılıqlarımız da var”.

Onun sözlərinə görə, tərəflər, həmçinin terrorla mübarizə barədə danışıblar: “ABŞ YPG/PKK terror təşkilatına dəstəyi dayandırarsa, ikitərəfli münasibətlərdə yeni səhifə açıla bilər. Həmçinin Qəzzadakı durumla bağlı da fikir ayrılıqlarımız var. Qəzzadakı vəziyyət müzakirələrimizin əsas mövzularından idi. Yaxın Şərqdəki müharibəni dayandıra biləcək güclərdən biri ABŞ-dir. Bu səbəbdən də İsrail üzərindəki təzyiqi artırmalıdır”.

Şərqi Avropadakı müharibə barədə danışan F.Oktay qeyd edib k, Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: “Biz həm Rusiya, həm də ABŞ ilə müzakirələr aparırıq. Rusiya ilə Ukraynanı yenidən danışıqlar masası arxasına gətirmək üçün çalışırıq. Həmçinin təktərəfli sanksiyaları düzgün saymırıq”.
Xəbəri paylaş