Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avstriya NATO-ya üzv olmayacaq

Avstriya NATO-ya üzv olmayacaq


Avstriya NATO-ya üzv olmayacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki. bunu ölkənin xarici işlər naziri Aleksandr Şallenberq deyib. Onun sözlərinə görə, ölkə digər neytral dövlətlərlə - İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsini həyata keçirməyə çalışır.

Nazir deyib ki, Avstriya neytral dövlətlərin unudulmaması üçün digər neytral dövlətlərlə birgə addım atacaq.

Qeyd edək ki, bundan əvvəl Die Presse qəzeti Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövlətinin 2023-cü ilin sonunda Şimali Atlantika Alyansına geniş əməkdaşlıq təklifi ilə məktub göndərdiyini yazıb. Nəşrin məlumatına görə, Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra bu dövlətlər öz qruplarını WEP4 (Qərbi Avropanın dörd tərəfdaşı) kimi yerləşdirmək niyyətindədirlər.

Anar Əliyev
Xəbəri paylaş