Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran şərtlərə əməl etsə, normallaşma mümkündür

Tehran şərtlərə əməl etsə, normallaşma mümkündür


İran bu ölkədəki Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra ciddi cəhdlə səfirliyimizin yenidən açılması və fəaliyyətə başlamasına çalışsa da, lakin Tehranın müntəzəm olaraq ortaya qpyduğu qeyri-səmimi qonşuluq münasibəti Azərbaycanı tələskənlik etməmək məcburiyyətində qoyur. Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, rəsmi Bakı haqlı mövqedədir.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Azərbaycanın İranda səfirliyinə qarşı həyata keçirilən terror aktından sonra rəsmi Bakı səfirliyinin fəaliyyətini dayandırdı:

"İran tərəfi Azərbaycana səfirliyin yenidən fəaliyyəti üçün dəfələrlə müraciət edib və danışıqlar aparıb. Azərbaycanın şərtlərinə isə, İran tərəfi əməl etmir. Şərtlərə əməl etməsi bir tərəfə Azərbaycanın suverenliyi və təhlükəsizliyini hədəfə alan siyasətini davam etdirir. Regionda sülhə mane olmaq üçün Ermənistana silah ötürür. Azərbaycana qarşı SEPAH tərkibində terror təşkilatı təsis edərək, müxtəlif platformalardan anti-Azərbaycan təbliğatını aparır".

Politoloq deyib ki, Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır:

"Birinci, SEPAH Azərbaycana qarşı informasiya sahəsində terror və təhlükəsizliyi təhdid edən çağırışlarina son verməlidir. İkinci, İranda fəaliyyət göstərən Azərbaycana qarşı terror çağırışları edənlərin həbsini tələb etməlidir. Üçüncü, İran öz ərazisindən anti-Azərbaycan toplantılarına son verməlidir. Digər şərtlərdə öz qüvvəsində qalmalıdır.
Göründüyü kimi, İran tərəfi geri addım atmır. Növbəti aylarda Azərbaycan və İran prezidentləri sərhəddə su bəndinin açılışını etməsi gözlənilir. Bu görüş ikitərəfli əlaqələrin normallaşmasında yeni mərhələ ola bilər. İlk növbədə Tehran yuxarıdakı qeyd etdiyim şərtlərlə əməl etsə, normallaşma mümkündür".

Süleyman
Xəbəri paylaş