Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün təşəbbüslə çıxış edib

Çin Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün təşəbbüslə çıxış edib


"Rusiya-Ukrayna müharibəsinin dinc yolla həlli üçün Çin bütün tərəflərlə, o cümlədən Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyətlə sıx əlaqə saxlayacaq. Pekin böhranın həllində konstruktiv rol oynayacaq, barışıq və danışıqlara yardım edəcək”.

Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Çinin Moskvadakı səfiri Zhang Hanhui deyib. O bildirib ki,"Ukrayna məsələsində Çin tərəfi həmişə neytral dayanıb, sülh və dialoqun tərəfində olub:

"Çin Xalq Respublikasının sədri Si Cinpin "dörd prinsip", "dörd ümumi xüsusiyyət" və "üç mövzu" təklif edib. Bunlar Ukrayna böhranının siyasi həllində Çinin əsas prinsiplərinə çevrilib".

O bildirib ki, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui bu yaxınlarda Rusiya, Ukrayna və müvafiq Avropa dövlətləri ilə atəşkəsə nail olmaq üçün ətraflı fikir mübadiləsi aparıb:

"Bütün tərəflər Çinin səylərini və vasitəçilik sahəsində ədalətli mövqeyini yüksək qiymətləndirirlər. Onlar Çindən konstruktiv rol oynayacağını gözləyirlər və Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya, Ukrayna və digər ölkələr arasında vasitəçilik etməyə hazırdır".

Anar Əliyev
Xəbəri paylaş