Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyəyə rəsmi səfərə gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt əmirini Esenboğa hava limanında mərasimlə qarşılayıb.
Diplomatik əlaqələrin 60-cı ildönümündə həyata keçiriləcək səfər 7 ildən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.
Qeyd edək ki, 2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt Əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ərəb dünyası xaricində xaricə ilk rəsmi səfərini Türkiyəyə edir.
Qarşılanma mərasimindən sonra iki ölkə liderinin təkbətək və geniş tərkibdə görüşləri olacaq.
Anar Əliyev