Ermənistanda siyasi gərginlik getdikcə artır. Revaşistlərin Paşinyan əleyhinə aksiyalarına kilsənin də qoşulması Paşinyan nhakimiyyəti üçün ciddi narahatçılıq yaradıb və hətta bu aksiyaların ümumilikdə Ermənistanı əhatə edəcəyi ehtimalı səslənir. Ancaq politoloq Məhəmməd Əsədullazadə bunu mümkün hesab etmir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Ermənistanda Kilsənin N. Paşinyana qarşı sərhədlərin delimitasiya və demarkasiyasından istifadə edərək etiraz aksiyalarını davam etdirməsinə baxmayaraq xalqın dəstəyini ala bilmir. Onun sözləreinə görə, Azərbaycana geri verilən dörd kəndlə bağlı bu kimi etirazları Qərb dəstəkləmir:
"Amma, Rusiya və İran etirazlara dəstək verərək N. Paşinyanın devrilməsində maraqlıdır. Azərbaycana gəldikdə isə, Azərbaycan N. Paşinyanın hakimiyyətdə qalmasında problem görmür".
Məhəmməd Əsədullazadə deyib ki, revanşist keşiş Baqrat Qalstanyanın Tavuşdan başlatdığı etiraz yürüşü Yerevanda hakimiyyət əleyhinə ümumi milli mitinq elan etməsinə hesablanıb:
"Ermənistan müxalifəti xalqın dəstəyini ala bilmədiyindən kilsəyə dəstək verir. Kilsənin bu etirazına xalqın dəstək verməsi gözlənilmir. Çünki xalq növbəti müharibədə maraqlı deyill".
Politoloq hesab edir ki, bir qrup keşiş revanşistlərin ortaya çıxması N. Paşinyanın əlini gücləndirir:
"Hakimiyyət kilsənin etirazına ona görə ciddi müdaxilə etmir ki, xalqın kilsəyə dəstək vermədiyi ortaya çıxsın. Hesab edilirdi ki, müxalifətə dəstək verməyən xalq kilsənin siyasi etirazlarına dəstək verəcək. Amma, belə bir kütləvilik yoxdur. Bundan sonra N. Paşinyan kilsənin xalq dəstəyinə malik olmadığını nümayiş etdirərək onlara qarşı ciddi təzyiqləri artıracaq. Mayın 9-na təyin edilən mitinq kilsə və revanşistlərin fiasko mitinqi olacaq. Qeyd edim ki, Ermənistanın katalikosu 2-ci Qaragen prosesləri idarə edir və N. Paşinyanı devirməyi hədəfləyib".
Məhəmməd Əsədullazadə, "Baş verənlər Azərbaycanla delimitasiya və demarkasiya prosesinə təsir etməyəcək. Ermənistanda müəyyən nüfuza malik Kilsə də öz təsir gücünü itirəcək. Bundan sonra N. Paşinyanın islahatlarının qarşısında güc olmayacaq".
Süleyman