"Türkiyə Cümhuriyyəti ilə tam ahəngdar şəkildə həyata keçirilən yeni siyasətdən geri çəkilməkdən söhbət gedə bilməz və bunu BMT baş katibinin xüsusi nümayəndəsinə bir daha çatdıracam".
Newscenter.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib. Bu prosesin Türkiyə ilə tam uyğunluq içində həyata keçirildiyini, yeni siyasət əsasında danışıqların başlaya biləcəyini və bir həll yolu tapılacağını bildirən Tatar, BMT baş katibinin xüsusi nümayəndəsi ilə bu həftə görüşəcəyini deyıb.
Ersin Tatar, Qambiyada İslam Əməkdaşlıq Təşkilatının toplantısındakı təmaslarından razı qaldığını vurğulayıb.
Qambiya Prezidentinə və İslam Əməkdaşlıq Təşkilatının baş katibinə onlara göstərilən yaxın diqqətə görə təşəkkür edən Tatar İslam Əməkdaşlıq Təşkilatının güclü bir təşkilat olduğuna diqqət çəkərək, KKTC-nin təşkilatda müşahidəçi statusunun olmasının vacibliyini vurğulayıb.
Prezident Tatar Şimali Kipr Türk Cümhuriyyəti olaraq beynəlxalq təşkilatlarda öz yerlərini tutmaq və statuslarını artırmaq üçün çalışmağa davam edəcəklərini, Şimali Kipr Türk Cümhuriyyətinin pandemiya prosesinə, eləcə də ölkədəki müharibələrə baxmayaraq dimdik durduğunu bildirib. Bölgədə sülhün, əmin-amanlığın və etimadın qorunmasının sabitlik və müvəffəqiyyət olduğunu ifadə etdi:
"Məqsəd bu sülhün, əmin-amanlığın və güvənin davamıdır”.
Süleyman