Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keniyada daşqınlarda ölənlərin sayı 238-ə yüksəlib

Keniyada daşqınlarda ölənlərin sayı 238-ə yüksəlib


Keniyada baş verən sel daşqınlarında ölənlərin sayı 238-ə çatıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həmçinin, 75 nəfər itkin düşüb.

Bu arada rəsmi qurumlar ölkəyə Hidaya dağıdıcı qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edərək, qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını bildiriblər. Bu səbəbdən sahil ərazilərdə balıq tutmaq növbəti xəbərdarlığa qədər qadağan edilib.

Səlahiyyətlilər yaxın günlərdə güclü yağış və güclü küləyin güclənəcəyi barədə xəbərdarlıq edərək, vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Mehman Mehdiyev
Xəbəri paylaş