Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr oxunmağa başlanılıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr oxunmağa başlanılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək Dili və Ədəbiyyatı fakültəsində təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün Azərbaycan dili və ədəbiyyatı mövzusunda mühazirələrin oxunmasına başlanılıb.

Newscenter.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən verilən mühazirələrdə Azərbaycan ədəbiyyatı tarixi haqqında ətraflı məlumat verilərək mövzu ilə bağlı tələbələrdə ümumi təsəvvür yaradılmağa çalışılıb. Bundan əlavə mühazirələrdə Azərbaycan şifahi xalq ədəbiyyatı, Klassik ədəbiyyat, XX əsrin əvvəlləri və müasir dövr Azərbaycan ədəbiyyatı haqqında məlumatlar verililərək, Türk xalqlarının ədəbiyyat tarixi, ümumi Şərq ədəbiyyatının və ümumdünya ədəbiyyatından qaynaqlanan ortaq dəyərlər haqqında da söhbət açılaraq Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatı ilə müqayisəli şəkildə təhlili də edilib.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin builki tədris ilinin sonuna qədər davam etdirilməsi və növbəti tədris ilində də aparılması planlaşdırılır.

Süleyman
Xəbəri paylaş