Rusiya Federasiyasının Prezidenti Vladimir Putin andiçmə mərasimindən sonra ilk rəsmi qəbulunu keçirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun rəhbəri Leonid Roşal və onun məktəbin müəllimi Vera Qureviç ilə görüşüb.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, həm Roşal, həm də Qureviç prezidentin andiçmə mərasiminə dəvət olunanlar arasında olub:
"Bu, dövlət başçısının andiçmə mərasimindən sonra ilk kütləvi tədbiridir. Mayın 7-də keçirilən mərasimlə Putinin beşinci prezidentlik müddəti açılıb",-deyə Peskov bildirib.
Anar Əliyev