Qazaxıstan şəkər ixracına qadağa tətbiq edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hökumət 2024-cü il avqustun 31-dək Qazaxıstandan üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə qərar qəbul edib.
Bildirilir ki, bu, qarşıdan gələn yay mövsümündə qazaxıstanlıların şəkərə olan tələbatını tam ödəməyə imkan verəcək.
Məlumata görə, hazırda anbarlarda şəkər ehtiyatının qalığı və Qazaxıstana idxalın həcmi təqribən 256 min ton təşkil edir ki, bu da ölkənin illik tələbatının yarısı (500-550 min ton) deməkdir.
Natiq Orucov