Qazaxıstan və Misir uçuşların sayını üç dəfə artırmaq barədə razılığa gəliblər.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, iki ölkənin aviasiya hakimiyyəti Qazaxıstan və Misir arasında uçuşların sayını üç dəfə artırmaq barədə razılıq Astanada keçirilən danışıqlar zamanı əldə olunub.
Qazaxıstan nümayəndə heyətinə Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompiyeva, Misir tərəfinə isə Misir Aviasiya Nazirliyinin Aviasiya Administrasiyasının hava nəqliyyatı üzrə dövlət katibinin müavini Hesham Abdel Baset rəhbərlik edib.
Tərəflər iki ölkə arasında icazə verilən uçuşların ümumi sayını həftədə 14-dən 48-ə, eləcə də hər bir tərəf üçün icazə verilən uçuş yerlərinin sayını 2-dən 3-ə çatdırmağı qərara alıblar.
Eyni zamanda, aviasiya orqanlarının nümayəndələri daşıyıcıların sayını artırmaq barədə razılığa gəliblər.
Natiq Orucov