Çində xəstəxanada bıçaqlı hücum baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hücum nəticəsində xəstəxanada olan 10-dan çox adam həlak olub. Bundan başqa hücum nəticəsində 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə Çinin cənub-qərbindəki Yunnan əyalətində xəstəxanada baş verib.
Hücum Yunnan əyalətinin Kaotonq bölgəsindəki Cinxiong Rayon Xalq Xəstəxanasına olub.
Hücum edənin saxlanıldığı və hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.
Mehman Mehdiyev