Cari ilin 4 ayı ərzində İstanbul Hava Limanı vasitəsilə 24,2 milyon sərnişin daşınıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
İstanbul Hava Limanında 4 aylıq müddətdə ümumilikdə 163 min 028 təyyarə trafikinə çatıldığı deyən nazir bunun 36 min 615-i daxili xətlərdə, 126 min 413-ü beynəlxalq xətlərdə olduğu bildirilib.
Dörd ay ərzində İstanbul Hava Limanından cəmi 24 milyon 263 min 498 sərnişinin, o cümlədən daxili reyslərdə 5 milyon 57 min 817, beynəlxalq reyslərdə isə 19 milyon 205 min 681 sərnişinin istifadə etdiyini bildirən Uraloğlu, “Ümumi təyyarə daşımaları 12 faiz, o cümlədən beynəlxalq uçuşlar 15 faiz artıb”. -deyə vurğulayıb.
O deyib ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin aprel ayının sonunda xidmət edilən sərnişin daşınması ölkədaxili sərnişin daşımalarında 14 faiz artıb. Ümumi sərnişindaşımada 17 faiz, o cümlədən beynəlxalq sərnişin daşımalarında 18 faiz artım var.
Natiq Orucov