Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan mövcud reallıqla barışmaq məcburiyyətində qalıb

Ermənistan mövcud reallıqla barışmaq məcburiyyətində qalıb


"Ermənistan artıq mövcud reallıqları qəbul etmək məcburiyyətində qalıb. Bu ölkə anlayır ki, onun inkilşafını şərtləndirəcək başlıca amil Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır".

Newscenter.az
xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Ermənistanın baş naziri Nikol Paşinyanın noyabr ayının sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkünlüyü barədə açıqlamasını şərh edərkən səsləndirib.

İctimai Birlik sədri deyib ki, Ermənistan hakimiyyəti özündə güc tapıb sülh müqaviləsini imzalamalıdır:

"Artıq Paşinyan hakimiyyəti fərqindədir ki, Qərb, Avropa, eləcə də Fransa yalnız öz maraqlarının təmin olunması məqsədilə Ermənistandan istifadə edirlıər. Həmin güc mərkəzləri üçün əsas Ermənistan yox, Ermənistan vasitəsilə regionda gərginlik yaratmaqdır".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, Ermənistan hakimiyyəti siyasi iradə ortaya qoyacağı təqdirdə bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

Süleyman
Xəbəri paylaş