Qadınların 2024-cü il Qlobal Sammiti keçiriləcək.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, sammit İspaniyada baş tutacaq. İspaniyanın paytaxtı Madridə topalaşacaq dünyanın fəal ictimai-siyasi qadınları günümüzdə qadınların müxtəlif ölkələrin cəmiyyətlərindəki rolundan, qadın hüquqlarının pozulmasına qarşı qlobal miqyasda həyatab keçirilən tədbirlərdən və onun effektivliyinin artırılmasından danışacaqlar.
Qadınların 2024-cü il Qlobal Sammitində həmçinin dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrdə qadınların minimum zərər görməsinin mümkün yolları müzakirə ediləcək, dünyaya sülh və təhlükəsizlik çağırışı ediləcək.
Nərgiz Əzizova