Türkiyə polisi narkotik qaçaqmalçılarına qarşı uğurlu əməliyyat həyata keçirib.
Newscenter.az ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Şanlıurfanın Siverek rayonunda sərnişin avtobusunda 2 kiloqram 340 qram sintetik narkotik maddə ələ keçirilib.
Baxış zamanı A.K.-nın çemodanından 4 ədəd olmaqla 2 kilo 340 qram sintetik narkotik vasitə götürülüb. O, polis qrupları tərəfindən saxlanılıb.
Bildirilib ki, Rayon Polis Şöbəsinin Narkotik Cinayətlərə Qarşı Mübarizə Dəstəsi narkotiklərin istifadəsi və satışına qarşı mübarizəni davam etdirir.
Anar Əliyev