Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son söz Nikol Paşinyan və hökumətinindir

Son söz Nikol Paşinyan və hökumətinindir


"Hazırda Ermənistanla - Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün elə bir ciddi problem yoxdur. Tərəflər bir çox məsələdə ümumi razılığa gəliblər. Əsas problem qeyri - ankalv kəndlərlə bağlı idi, o da həll edildi".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, hazırda anklav kəndlərin məsələsi, Zəngəzur dəhlizi və Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın qayıtması kimi məsələlər müzakirə mövzusudur:

"Bunlar da qısa zamanda həll ediləcək. Sərhəddə delimitasiya ilə bağlı proses uğurlu şəkildə icra edilir. Düzdür, buna Ermənistan tərəfdən mane olmaq istəyən qüvvələr var. Lakin son söz Nikol Paşinyan və hökumətinindir. Hazırkı situasiyada bunun şahidi ola bilirik ki, Ermənistan tərəfi sülh prossesində maraqlıdır. Bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına istəyir. Bunun üçün hazırda uyğun şərait də var. Çox böyük ehtimal ki, ya bu ilin sonu, ya da gələn ilin əvvəli Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq".

Süleyman
Xəbəri paylaş