Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh üçün müəyyən bazis yaradılıb

Sülh üçün müəyyən bazis yaradılıb


Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün tərəflərin optimist ruhda bəyanatlar verməsi onu göstərir ki, sülh üçün müəyyən bazis yaradılıb.

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, sərhəddə ikitərəfli danışıqlardan sonra müəyyən ərazilərdə sərhəd demarkasiyasının aparılması da buna olan ümidləri artırır:

"ABŞ və Aİ, eləcə də Rusiyadan bu hadisəyə gələn reaksiyalar bu sülhün yaxın olduğunu göstərir. Təbii ki, bu, ilkin görüntüdür. Geosiyasi proseslərin gərgin anında beynəlxalq güclərin oyunları fonunda hansı gözlənilməz hadisələrin olacağını proqnoz etmək çətindir. Odur ki, Azərbaycan və Ermənistan istəklərində səmimi olsalar, heç nəyə baxmadan öz aralarında razılığa gələ bilsələr, bu oyunların içində alət olmaqdan qurtula bilərlər, xüsusən də Ermənistan".

Süleyman
Xəbəri paylaş