"Delimitasiya və demorkasiya komissiyasının sərhədlərin delimitasiyası ilə bağlı razılaşdırma protokolunun imzalanması və delimitasiya ilə yanaşı demorkasiya işlərinə də başlanıldığı bir vaxtda tərəflər arasında sülhün əldə olunması üçün daha yaxşı imkanlar yetişib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ortada həll olunmayan əsas prinsipial məsələ Zəngəzur dəhlizi, başqa sözlə nəqliyyat kommunikasiya əlaqələrinin blokadadan çıxarılmasıdır:
"Düşünürəm ki, 10 noyabrda Almatıda keçiriləcək görüşdə əsas müzakirə predmeti də məhz elə bu məsələ olacaq və tərəflər ortaq məxrəcə gələ biləcəklər".
Yusif Bağırzadə deyib ki, ondan sonra özündə Ermənistanın Konstitusiya dəyişikliklərinə gedəcəyi ilə bağlı öhdəlikləri nəzərdə tutan sülh sazişi və ya sülh sazişinə qədər həmin öhdəliklərin icrasını tələb edən çərçivə sazişi imzalana bilər.
Süleyman