Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Bu barədə Newscenter.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, polis əməkdaşları və nazirliyin hərbi qulluqçuları iştirak ediblər.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq minə yaxın Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Mehman Mehdiyev