Türkiyədə cari ilin 4 ayında 20 mindən çox elektrikli avtomobil satılıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyədə "tam elektrikli" avtomobil satışlarının sayı bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 273 artaraq 20 min 255-ə çatıb.
Ölkə daxilində avtomobil və yüngül ticari vasitələrin cəmi satışları yanvar-aprel dövründə illik bazda yüzdə 11,3 artaraq 371 min 438 ədədə çatıb.
Bu dövrdə avtomobil satışlarının sayı 16,62 faiz artaraq 294 min 837 olarkən, yüngül ticari avtomobil satışlarının sayı yüzdə 5,2 azalaraq 76 min 601-ə yüksəlib.
Sözügedən dövrdə Türkiyə avtomobil bazarı satış sayı sıralamasında benzinli avtomobillər 192 min 786 ilə birinci, hibrid avtomobillər isə 43 min 845 ilə ikinci yeri tutub.
Dizel avtomobil satışlarının sayı 32 min 676, avtoqazlı avtomobil satışlarının sayı isə 2 min 428 olub.
Anar Əliyev