Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astana görüşü sülh üçün irəliyə atılmış mühüm addım olacaq

Astana görüşü sülh üçün irəliyə atılmış mühüm addım olacaq


"Astanada keçiriləcək görüşə sülh sazişi imzalanması baxımından ümidlə baxılır. Azərbaycan və Ermənistan arasında sərhədlərin tənzimlənməsi üçün razılıq əldə ediləndən sonra ikitərəfli danışıqlardan nəticə almağa şanslar artır".

Newscenter.az xəbər edir ki, bu fikirləri ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Qazaxıstanın Astana şəhərində keçiriləcək XİN rəhbərlərinin görüşü bir sıra mətləblərə dəqiqlik gətirəcək:

"İlk növbədə tərəflərin vasitəçisiz sülh müqaviləsi imzalaması istəyinin olmasını. Eyni zamanda bu prosesə vasitəçi kimi çıxış etmək üçün özünü bu prosesə daxil edən ölkələrin də nə qədər sülhdə maraqlı olmasını. Onların ilk görünüşdə müsbət reaksiya göstərməsinə baxmayaraq prosesə pərdə arxasında nə kimi reaksiya verəcəkləri önəmli olacaq. Amma bunlarla yanaşı Azərbaycan və Ermənistanın bu prosesdə səmimi olması əsas rol oynayacaq. Hesab edirəm ki, Astana görüşü sülh üçün irəliyə atılmış mühüm addım olacaq".

Süleyman
Xəbəri paylaş