Cənubi Afrikadan Beynəlxalq Ədalət Məhkəməsinə 'İsrail' üçün yeni tələb göndərib.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Cənubi Afrika Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırım işində təcili olaraq əlavə tədbirlərin görülməsini istəyib. Bundan əlavə, əvvəllər verilmiş ehtiyat tədbirləri ilə bağlı qərarlara yenidən baxılması tələb olunub.
Cənubi Afrika hesab edir ki, Qəzzada dəyişən şərtlər qarşısında Beynəlxalq Ədalət Məhkəməsinin daha əvvəl qəbul etdiyi ehtiyat tədbirləri qeyri-kafidir. Bu səbəbdən İsrailə qarşı açılan soyqırım işində nəzərdə tutulan aralıq tədbirlərinə yenidən baxılması tələb olunub.
Mehman Mehdiyev