"Bu gün Ermənistanda cərəyan edən icimai-siyasi proseslərin gərginləşməsində Paşinyanın böyük məsuliyyəti var".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Əli Oruclu səsləndirib. O bildirib ki, onun regiondakı reallıqları düzgün qiymətləndirməyərək, region dövlətlərinin maraqlarını nəzərə almayaraq, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında tərəddüdləri, daxili problemlərin nizama salınmasında qətiyyətsizliyi son nəticədə Ermənistanda qarmaqarışıq və təhlükəli vəziyyət yaradıb:
"Erməni xalqının korrupsiyalaşmış və nüfuzdan düşən sabiq siyasi liderlərə, Koçaryana, Sarkisyana, Ohanyana dəstək vermədiyindən xarici güclər həmişə olduğu kimi kilsəni, cinayətkar dəstələri, habelə xarici diasporu dövrəyyə buraxıblar. Məlumdur ki, həm kilsənin, həm də xarici diasporanın Ermənistan cəmiyyətinə və istimai-siyasi proseslərə ciddi təsirləri var. Ona görə də Paşinyanın hakimiyyətinin çox böyük basqılar altında qaldığını deyə bilərəm. Baş verən etirazların kütləviliyi və əhatəsi hələ hakimiyyətin devrilməsi üçün ciddi təhlükələr yaratmasa da, risqlər var. Baş nazirin mövcud ağır durumdan xilas yolu Azərbaycan və Türkiyədən asılıdır. Bunun üçün də hər iki ölkənin irəli sürdüyü barış təklifini nə qədər tez qəbul etsə və əlaqələrini qura bilsə bir o qədər baş nazir böhrandan tez çıxa bilər"
Anar Əliyev