Ermənistanda ali məktəb tələbələri hökumət əleyhinə keçirlən aksiyalara dəvət edilib və onlar kütləvi itaətsizliyə çağırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə newz.am məlumat yayıb. Bildirilib ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib.
O qeyd edib ki, tətil, etiraz aksiyası Konstitusiya ilə qorunan ənənəvi və icazə verilən kollektiv etiraz növüdür. Melikyan tələbələri kütləvi itaətsizliyə, etiraz aksiyalarına qoşulmağa dəvət edərək onların aksiyada iştiraka görə universitet rəhbərliyi tərəfindən cəzalandırılacağı təqdirdə tələbələrin hüquqlarını qoruyacağını deyib:
"Tətil və ya digər dinc itaətsizlik hərəkətlərinə görə tələbələrə qarşı sanksiyalar tətbiq etməyə yönəlik cəhdlərə qarşı pulsuz hüquqi yardım göstərəcəyik. Eyni zamanda bildiririk ki, universitet rəhbərliyi və professor-müəllim heyətinin tətildə iştirak edən tələbələri təhdid etməsi və ya onları tətili keçirməməyə. onu dayandırmağa məcbur etməsi qanuni deyil".
Anar Əliyev