Birləşmiş Millət Təşkilatına Qəzzada sülhməramlı qüvvələr yaratmaq çağırışı edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kolumbiya belə bir çağırışla çıxış edib.
Kolumbiya prezidenti Qustavo Petro Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını Qəzzada sülhməramlı qüvvələr yaratmasını təklif edib..
Petro, BMT Baş Assambleyasının Fələstinin BMT-yə üzvlüyünün yenidən müzakirə edilməsini və bu ölkəyə bəzi əlavə hüquqların verilməsini tələb edən qətnamə layihəsini qəbul etməsi ilə bağlı bildirib ki, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləmək üçün ilk təklifi ölkəsi təqdim edib.
"Latın Amerikası ölkələrinin əksəriyyəti bu təklifi dəstəklədi. Sonradan Latın Amerikası Afrika və Ərəb Liqası ilə konsensus əldə etdi".
Anar Əliyev