Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Baş nazir vəzifəsinə Mixail Mişustinin namizədliyini irəli sürüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri onun namizədliyini Dövlət Dumasına təqdim edib, Dövlət Dumasının sədri Vyaçeslav Volodin də özünün Telegram kanalında bunu təsdiqləyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən dərhal sonra Mixail Mişustinin başçılığı ilə Nazirlər Kabineti ölkənin gələcək rəhbərinə istefa verib. Baş nazirin namizədliyi mayın 10-da Dövlət Dumasının plenar iclasında təsdiqlənəcək.
Anar Əliyev