Qazaxıstan zeytun yağı ixrac edə bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə Gürcüstandan zeytun tingləri alınıb. Ölkə zeytun qovşağı yaradaraq ixracatçıya çevrilməyi hədəfləyib.
Gürcü mütəxəssislər hesab edirlər ki, Qazaxıstanın cənub və cənub-qərbindəki iqlim zeytun yetişdirmək üçün əlverişlidir. Ötən il investorlar Qazaxıstan ölkəsinin 3 rayonunda zeytun ağacları əkiblər. Bu dəfə Türküstan və Manqistau bölgələrinə yeni ting partiyası gətirilib.
Yaxın vaxtlarda isə ölkədə zeytun emalı zavodu istifadəyə veriləcək. Hökumət zeytun ixracı üçün beynəlxalq sertifikat almağı planlaşdırır.
Mehman Mehdiyev