Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistandakı aksiyalara dəstək verir?

Rusiya Ermənistandakı aksiyalara dəstək verir?


Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiyaların arxasında xarici amillərin olduğu barədə müxtəlif iddialar səslənir. Bu məsələdə daha çox Rusiyanın adı hallandırılır.

Newscenter.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, Rusiya Ermənistanda Kilsənin başlatdığı etiraz aksiyalarına maksimum dəstək verir:

"Prosesdə Robert Köçəryan da aktiv şəkildə fəaliyyət göstərir. Əsas olan N. Paşinyanı devirmək və Azərbaycanla sülhə mane olmaqdır. Hazırda Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında sülhün qarşısını ala bilmir".

Politoloq deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Rusiya Ermənistanı tərk etməli olacaq:

"Ona görə də Rusiya rəhbərliyi öz imperiya və işğalçı siyasətinin Cənubi Qafqazda uğursuzluğunu qəbul etmək istəmir.

Bu gün Rusiya rəhbərliyinin apardığı siyasət dünyanin təhlükəsizliyi üçün əsas təhdiddir. Rusiyanın Ukraynada işğalçı siyasətinin qarşısı alınmasa Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz Rusiyadan asılı vəziyyətə düşəcək".

Süleyman
Xəbəri paylaş