Taylandda 2024-cü ilin ən isti günləri qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, kəskin istilər səbəbindən 61 nəfər dünyasını dəyişib. Paytaxt Banqkok və ölkənin şimal-şərq bölgələri üçün yaxın günlərdə də isti hava xəbərdarlığı edilib.
Tailand Səhiyyə Nazirliyi kəskin istilərdən 61 nəfərin öldüyünü təsdiqləyib.
Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna yaxınlaşıb.
Anar Əliyev