Türkiyə Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb.
Newscenter.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir:
"Biz BMT Baş Assambleyasının Fələstinin BMT-nin fəaliyyətlərində daha geniş hüquq və imtiyazlarla iştirakına imkan verəcək qərarını alqışlayırıq. Bu qərar beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin Fələstin xalqının öz dövləti hüququna və iki dövlətli həll yoluna güclü dəstəyini bir daha nümayiş etdirdi. Bu münasibətlə bütün beynəlxalq ictimaiyyəti İsrailin Qəzzada vəhşiliyini dayandırmaq və Fələstin dövlətini tanımaq üçün konkret addımlar atmağa çağırırıq".
Anar Əliyev