Birləşmiş Ştatlar Ukraynaya itirilmiş regionların geri qaytarılmasının qeyri-reallığını izah etməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, “Foreign Policy” jurnalı belə yazıb. Dərji iddia edir ki, Baydenin administrasiyası aydın bir plan olmadan Ukrayna strategiyasını avtopilot rejiminə keçirib.
Jurnalın yazdığına görə, Amerika administrasiyası Ukraynaya çatdırmalıdır ki, Kiyevin itirilmiş ərazilərin qaytarılması ilə bağlı bəyan etdiyi məqsədləri real deyil.
Yazıda qeyd edilir ki, Vaşinqton Rusiya və Ukrayna arasında danışıqları asanlaşdırmalıdır. Məqalə müəlliflərinin fikrincə, 2024-cü ilin yayında bunun üçün əlverişli vaxt gələ bilər.
Mehman Mehdiyev