Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şuşanın yeni tarixi inkişafla başlayıb”-Könül Nurullayeva

“Şuşanın yeni tarixi inkişafla başlayıb”-Könül Nurullayeva


"Nəhayət, 32 ildən sonra soydaşlarımız doğma Şuşaya qayıtdı. İlkin mərhələdə 20 ailə olmaqla 88 nəfər bu sevinci ilk dadanlardan oldu. İlin sonuna qədər isə azad olunmuş ərazilərdə ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya budəfəki səfəri zamanı biz həqiqətən də dirçələn Şuşanı gördük. Burada genişmiqyaslı quruculuq işləri aparılır. Dövlət başçımız şəhərdə üçüncü yaşayış kompleksinin də təməlini qoydu. Eyni zamanda Şuşanın tarixi abidələrinin bərpası da davam edir. Dövlət başçımızın da söylədiyi kimi, artıq Şuşanın yeni tarixi başlayır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, dünyanın ən nüfuzlu şirkətləri mədəniyyət paytaxtımızda yenidənqurma işləri həyata keçirir:

"Bərpa-quruculuq işləri ilə yanaşı doğma yurduna qayıdan soydaşlarımızın məşğulluq məsələləri də həll olunur. Çünki görülən işlər soydaşlarımızın rifahını təmin etməyə yönəlib.

Dövlət başçımız Ulu öndərin anadan olmasının 101-ci ildönümündə Şuşaya səfəri zamanı vacib mesajlar da verdi. Əsas mesajlardan biri 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar və xüsusilə də suverenliyimizin bərpasından sonra məhz Ermənistanın bizim irəli sürdüyümüz tələblərlə razılaşmasıdır.

“Qazaxın 4 kəndi bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır” deyən Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına növbəti dəfə xəbərdarlıq etdi: “Onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar".

Deputat qeyd edib ki, delimitasiya, demarkasiya prosesinin məhz Azərbaycanın şərtləri əsasında həyata keçirilməsi böyük diplomatik uğurdur:

"Bu günün reallıqları da göstərir ki, Azərbaycanın iradəsindən kənar bu bölgədə heç bir məsələ həll olunmayacaq.
Dövlət başçımız bir daha bəyan etdi - əgər görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Ermənistan və onun havadarları hazırki dövrün reallıqlarından, Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalıdır. Bu, bütün tərəflərin xeyrinə olar".

R.Mehdiyeva
Xəbəri paylaş