Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi şəxsiyyətlər təhqir edilir - "Qırmızı Adam" ın tərbiyəsizliyi...

Tarixi şəxsiyyətlər təhqir edilir - "Qırmızı Adam" ın tərbiyəsizliyi...


"Qırmızı Adam" kimi tanınan şəxs yaşlı, ağsaqqal insanları ələ salmaqla yanaşı tarixi şəxsiyyətlərimizi də təhqir etməyə başlayıb. Bir neçə dəfə adıçəkilən şəxsin etikadan kənar hərəkətlərini tənqid etmişəm. Bu adam çoxdan həddini aşıb. Ancaq onun qarşısını alan, ona dur deyən yoxdur.

O, bu dəfə Bayandurlu sülaləsinin banisi, tarixi Azərbaycan dövləti olan Ağqoyunlu dövlətinin qurucusu, böyük sərkərdə Uzun Həsəni ələ salıb. İnsanlara "Uzun Həsənin harası uzun idi" sualını ünvanlamaqla həm cəmiyyətimizin nümayəndələrini həm də tarixi şəxsiyyətimizi təhqir edib. Ağqoyunlu dövləti, Uzun Həsən və onun varisləri haqqında bu gün cild-cild kitab yazılır. O, Şah İsmayıl Səfəvinin babası olub. Səfəvilər dövlətinin də dövlətçilik tariximizdə rolu hər birimizə məlumdur. Belə olan halda hansısa səviyyəsiz, mədəniyyətdən kənar, tərbiyəsiz bir adamın Uzun Həsəni təhqir etməsinə necə biganə yanaşa bilərik? Buna nə ad qoymaq olar?

Biraz gözlədim, fikir bildirməyə tələsmədim. Ancaq çoxları bütün sosial şəbəkələrdə məlum görüntüləri izləsədə reaksiya vermədilər. Bu heç də yaxşı hal deyil!

Mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, AMEA-nın Tarix İnstitutuna, bütün Azərbaycan tarixçilərinə, vətəninə, tarixinə bağlı olan hər kəsə səslənirəm. Qabardılan məsələ ilə bağlı mövqeyinizi ortaya qoyun. Düşünürəm ki, cəmiyyətimizdə mənimlə həmfikir insanlar olacaq.

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş