"Şuşa doğurdan da möcüzədir. Cənab Prezident deyəndə ki, əziz Şuşa sən azadsan... Ağladıq, uşaq kimi ağladıq. Mən orda keçirilən festivalda öz əsərimi ifa edəndə baxdım ki, bir qartal uçur... Bu bilirsiz, möcüzədir. Heç bir konsert zalında bu mümkün deyil. Amma Şuşada bu olmuşdu".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan SSR Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli belə deyib. O, Böyük Qayıdışı ümidlə izlədiyini, Prezident İlham Əliyevin bu sahədəki siyasətinin dünyada bənzərinin olmadığını vurğulayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Süleyman