Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət idarəçiliyi rəqəmsallaşdırılacaq

Dövlət idarəçiliyi rəqəmsallaşdırılacaq


Qazaxıstanda dövlət idarəçiliyi keyfiyyətcə rəqəmsallaşdırılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyevə tapşırıqlar verib.

Dövlət başçısı həmçinin, beynəlxalq informasiya texnologiyaları nəhəngləri ilə əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin daha da inkişaf etdirilməsinin vacibliyini nazirin diqqətinə çatdırıb.

Prezidentə məlumat verilib ki, dövlət idarəçiliyinin və digər sahələrin rəqəmsal transformasiyası üçün institusional çərçivə formalaşıb.

Mehman Mehdiyev
Xəbəri paylaş