Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və Gürcüstanda baş verənlər Qərblə Rusiya arasında rəqabətin kuliminasiyasıdır

Ermənistan və Gürcüstanda baş verənlər Qərblə Rusiya arasında rəqabətin kuliminasiyasıdır



"Ermənistanda və Gürcüstanda baş verənləri mən daha çox Qərblə Rusiya arasında rəqbətin kuliminasiyası hesab edirəm. Görünür Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa, Moskva isə buna bütün gücü ilə müqavimət göstərməyə israrlıdır".

Newscenter.az
xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, regionumuzun antoqonist böyük güclərin kəskin rəqabət poliqonuna çevrilməsi Azərbaycanda da müəyyən narahatlıq doğurmaya bilməz:

"Çünki hər iki qonşu ölkədə baş verənlər istər-istəməz nə qədər sərhədlərimiz bağlı saxlanılsa da, cəmiyyət üzərinə inzibatı basqılar artırılsa da, təsirini göstərir. Xüsusən də Ermənistanla Azərbaycan arasında normallaşma prosesində müəyyən irəliləyişlərin əldə olunması, vasitəçisiz təmasların müsbət nəticələrə ümudlər yaratdığı indiki dönəmdə Ermənistanda hakimiyyət dəyişikliyi problemlərə yol açardı. Ermənistanda Moskva Qərbin adamı deyilən Paşinyanı devirmək istəyir, Gürcüstanda isə Qərb Rusiyapərəst hesab edilən “Gürcü Arzusu”nu hakimiyyətdən uzaqlaşdırmağa can atır. Metod və üsul oxşar olsa da məqsəd və hədəflər bir-birindən fərqlidir".

Əli Oruclu deyib ki, Qərbin müxtəlif vaxtlarda Gürcüstanda, Ukraynada və digər postsovet məkanında həyata keçirdiyi və keçirməyə cəhd göstərdiyi rəngli inqilablar təəssüf böyük itkilərlə, dağıntılarla müşayət olunub.

AMİP funksionerinin sözlərinə görə, Rusiyanın da Ermənistanda Paşinyanı devirə biləcəyini də gözləmir:

"Paşinyan hakimiyyəti zəif olsa da ona müxalif olan qüvvələr ondan da zəifdir. Ancaq Gürcüstanda durum fərqlidir. Çox istərdim ki, bu rəqabət, cərəyən edən hadisələrin axarı kütləvi zorakılıqlara, dağıntılara və xaosa gətirib çıxarmasın. Bundan Azərbaycan da təsirlənə bilər. Ən azından sosial və humanitar problemlərlə üzləşə bilərik".

Süleyman
Xəbəri paylaş